Menu

ABŞ Rusiyadakı hədəfləri vurmağa imkan vermir – Britaniyanın sorğusu cavabsız qalıb

17.08.2024, 13:27
ABŞ Rusiyadakı hədəfləri vurmağa imkan vermir – Britaniyanın sorğusu cavabsız qalıb

Birləşmiş Ştatlar Britaniyanın Ukraynanın Rusiya ərazisinin dərinliklərinə “Storm Shadow” raketləri ilə zərbə endirməsinə imkan verməsinin qarşısını alır. “The Times” qəzeti yazır ki, Böyük Britaniya bir aydan çox olar ki, ABŞ-yə bu barədə müvafiq sorğu göndərib, lakin hələ də cavab almayıb.

Böyük Britaniya hökumətindəki mənbənin sözlərinə görə, məsələ ABŞ sistemində “ilişib”. Qəzetə başqa bir mənbə bildirib ki, “Storm Shadow”-dan istifadə ilə bağlı müzakirələr hələ də davam edir. Başqa bir mənbə bunu ABŞ üçün hər zamankı iş adlandırıb.

“The Times” yazır ki, Rusiyaya “Storm Shadow” raketləri ilə hücumların təsdiqlənməsi üçün ABŞ, Fransa və digər NATO ölkəsinin razılığı lazımdır. Hökumətdəki mənbə Böyük Britaniyanın hər hansı gecikmədə ABŞ-ni günahlandırmadığını vurğulayaraq, bu cür siyasət dəyişikliklərinin vaxt tələb etdiyini bildirib.

Qəzet daha əvvəl xəbər vermişdi ki, Britaniya nazirləri gizli şəkildə öz müttəfiqlərini Ukrayna ordusuna Rusiyanın 250 kilometr məsafədəki hədəfləri vura bilən "Storm Shadow" raketləri satmağa icazə verməyə razı salmağa çalışırlar. Böyük Britaniyanın bu məsələ ilə bağlı rəsmi mövqeyi dəyişməyib. London Ukraynaya Rusiyadan qisas almaq üçün “Storm Shadow” istisna olmaqla, verdiyi istənilən silahdan istifadə etməyə icazə verir.

Ukrayna Rusiya ərazisini uzaqmənzilli silahlarla hədəfə almağa icazə istəyir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna rəsmiləri Amerika nümayəndələri ilə danışıqlar aparır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol