Menu

Qaradağda iki qadına xəsarət yetirərək oğurluq edən şəxslər saxlanılıb

17.08.2024, 13:36
Qaradağda iki qadına xəsarət yetirərək oğurluq edən şəxslər saxlanılıb

Avqustun 16-da gecə saat 2 radələrində Qaradağ rayonu ərazisində evlərin birinə daxil olaraq orada yaşayan 2 qadına kəsici alətlə xəsarət yetirib soyuducu, televizor və kondisioner oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

APA xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Hətəmov, M.Nağıyev və T.Nağıyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol