Menu

Rusiya cavab zərbələrinə başladı – Sumı şəhəri raketlərlə vuruldu

17.08.2024, 14:28
Rusiya cavab zərbələrinə başladı – Sumı şəhəri raketlərlə vuruldu

Avqustun 17-nə keçən gecə Rusiya hərbçiləri Sumı şəhərinin mərkəzinə hücum edib. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, azı iki nəfər yaralanıb.

Zərbə nəticəsində Svoboda prospekti ərazisində çoxmərtəbəli yaşayış binalarının yanında dayanmış 10 avtomobil yanıb, partlayış dalğası nəticəsində şüşələr sınıb, fasadlara ziyan dəyib.

"Xilasedicilər yanğınları söndürə və alovun digər avtomobillərə keçməsinin qarşısını ala biliblər", - Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.

Vilayət administrasiyası bildirib ki, ümumilikdə, gecə ərzində Rusiya qoşunları sərhədyanı rayonlara və Sumı vilayətinin yaşayış məntəqələrinə 18 hücum həyata keçirib.

“AzPolitika.info”

Şərhlər

Ramil 2024-08-17 18:34:34

Dəhşət! Deməli Rusiya öz ərazilərini bonbalamağa məcbur qalıbbuna kim cavab verəcək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol