Qəzzada mümkün atəşkəs razılaşmasına çox yaxınıq.
"AzPolitika" xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirilən tədbirdən əvvəl mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.
Bayden Yaxın Şərqdə atəşkəs səylərini yaxından izlədiyini və bu səbəbdən görüşə gecikdiyini bildirib. Dohada atəşkəs danışıqlarının gələn həftə davam edəcəyinə ümidli olduğuna deyən Bayden, atəşkəslə bağlı "Hər zamankından daha yaxınıq" ifadəsini işlədib.
"AzPolitika.info"


Şərhlər