Menu

"Kursk istiqamətindəki mövqelərimiz möhkəmləndirilir" - Zelenski

17.08.2024, 14:57
"Kursk istiqamətindəki mövqelərimiz möhkəmləndirilir" - Zelenski

Kursk istiqamətindəki mövqelərimiz möhkəmləndirilir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” kanalında yazıb.

O bildirib ki, Ukrayna Ordusunun Baş Komandanı Aleksandr Sırski ona Kursk istiqamətindəki vəziyyətlə bağlı məruzəsindən sonra Kurs istiqamətində canlı qüvvə və hərbi texnikanın sayı artırılıb.

“Sırski məruzə etdi ki, ötən gecə Toretsk və Pokrovsk istiqamətindəki mövqelərimizə bir neçə dəfə hücum cəhdi olub, lakin hərbçilərimiz onların hamısının qarşısını alıb. Hazırda tərəfdaşlarımızın köməyi ilə oradakı birləşmələrin silah-sursat təminatı həyata keçirilir, eyni zamanda prioritet məntəqələrin sayı dəqiqləşdirilir. Bunda əsas məqsəd Rusiya ordusunun hücum potensialının zəiflədilməsidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol