Menu

Lukaşenko 30 nəfəri əfv edib

17.08.2024, 16:45
Lukaşenko 30 nəfəri əfv edib

Belarus Prezidenti Aleksandr Lukaşenko 2020-ci ildə keçirilən etiraz aksiyalarında iştirak etməkdə təqsirli bilinən 30 nəfəri əfv edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Belarus Prezidentinin rəsmi saytı məlumat yayıb.

Aksiyalar zamanı cinayət törətməkdə təqsirli bilinən 14 qadın və 16 kişinin adı əfv fərmanında yer alıb. Məlumatda deyilir: “Onların hamısı təqsirini etiraf edib, əməllərindən səmimi peşman olublar və qanuna tabe olan həyat tərzi keçirmək öhdəliyini götürüblər”.

Qeyd edək ki, daha əvvəl Lukaşenko Belarusda edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv edib. Krigerə "İskəndər" buraxılış qurğularının telefonunla çəkilişinə görə Cinayət Məcəlləsinin altı maddəsi üzrə ittiham irəli sürülmüşdü.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol