Menu

Magistral yolda maşın dəmir dirəyə çırpılıb - Sürücü ölüb

17.08.2024, 20:00
Magistral yolda maşın dəmir dirəyə çırpılıb - Sürücü ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda avtomobil dəmir məhəccərlərə çırpılıb, ağır xəsarət alan sürücü ölüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, avqustun 17-də saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Mercedes”markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb. Hadisə nəticəsində sürücü Radim Heydərov xəsarət alıb, nəqliyyat vasitəsindəki sərnişin, 1980-ci il təvəllüdlü Xəlilov Bəhruz Niyaz oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol