Menu

Rusiyada 7 maqnitudada zəlzələ baş verib

18.08.2024, 00:02
Rusiyada 7 maqnitudada zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarında 7 maqnitudada zəlzələ baş verib, ilkin məlumata görə, zəlzələ altı maqnitudada hiss olunub.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

"Maqnituda - 7,0. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə) - 6,0", - məlumatda deyilir.

Tələfat və dağıntı, habelə yeraltı təkanların hiss olunması barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol