Menu

“X” sosial şəbəkəsi Braziliyada fəaliyyətini dayandırdığını elan edib

18.08.2024, 08:10
“X” sosial şəbəkəsi Braziliyada fəaliyyətini dayandırdığını elan edib

Amerikanın “X” sosial şəbəkəsi Braziliyadakı fəaliyyətini dərhal dayandırdığını elan edib.

APA xəbər verir ki, qərar yerli hakimiyyətlə şirkətin rəsmi nümayəndəsi arasında yaranan münaqişə fonunda qəbul edilib.

“İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün Braziliyadakı fəaliyyətimizi dərhal dayandırmaq qərarına gəldik”, - şirkətin “X” hesabında qeyd edilib.

Qeyd olunur ki, sosial şəbəkə braziliyalı istifadəçilər üçün əlçatan qalacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol