Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması ölkəmizdə ən çox müzakirə olunan məsələlərdəndir. Heç şübhəsiz ki, Rusiyanın regionu tərk etməsi Cənubi Qafqazı xeyli rahatladardı. Amma bir sual daha dərin araşdırma tələb edir: Çıxan Rusiyanın yerinə girməyə çalışan Qərb və onun flaqmanı ABŞ regiona nə gətirəcək?
Gəlin, yavaş-yavaş reallaşmaqda olan bu yerdəyişmənin Azərbaycana mümkün təsirlərini anlamağa çalışaq.
Tarixi baxımdan Rusiya Azərbaycanı hər zaman sıxışdırıb, torpaqlarımızın bir qismini Ermənistana, bir qismini Gürcüstana və xeyli hissəsini də özünə qatıb, qırğınlar törədib. Əlbəttə, bu hadisələr millətin qan yaddaşından silinməz. Amma dövlətlər hisslərlə deyil, praqmatik hesablarla idarə olunur. Rusiya çox böyük və təhlükəli şimal qonşumuzdur. Ancaq son illərin hadisələri göstərir ki, Azərbaycan bu acımasız və təhlükəli qonşu ilə öz oyununu qura bilib. Nəticə göz qabağındadır. Qarabağı Azərbaycandan qoparıb Ermənistana verən Rusiya 44 günluk müharibədə səssiz qaldı. Bu gün də Ermenistanın bütün politoloqları “Moskva Ermənistanı satdı, artıq İrəevanın deyil, Bakının yanındadır” deyə haray çəkirlər. Çoxları Rusiyanın bu “yön dəyişdirməsini” qərbpərəst Paşinyan fenomeninə bağlayır. Lakin Rusiya yalnız bir Paşinyana görə özünün Cənubi Qafqaz siyasətinin bel sütunu olan Qarabağ faktorundan əl çəkməzdi. Yada salaq ki, o zaman Ukrayna müharibəsi başlamamışdı və Rusiya indikindən çox daha güclü idi. Heç şübhəsiz ki, Rusiyanın susqunluğu məsələsində Ərdoğan və Türkiyənin iradəsi də daxil olmaqla, bildiyimiz və bilmədiyimiz çox sayda faktor rol oynayıb. Qeyd etdiyimiz kimi, bu faktorlar arasında Azərbaycanın Rusiya ilə qura bildiyi çox çətin, keşməkeşli və uzun müddətə hesablanmış oyunu da var.
Bəs Qərb və ABŞ ilə necə?

Bakı dünyanın bu ən güclü alyansı ilə ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq qura biləcəkmi? Sualı cavablandırmağa cəhd edək və bəzi qısa müqayisələr aparaq. Prezident Putin “Qarabağ Azərbaycanın suveren ərazisidir“ deyir və dövlətimizə qarşı hər hansı tələb, şərt irəli sürmür. Qərb isə “Qarabağ erməni yurdudur, Azərbaycan onları zorla qovub” deyir, Azerbaycana təzyiqlər edir, sanksiyalar məsələsini gündəmə gətirir.
Ermənistan Rusiya silahları ilə təchiz olunmuşdu. Azərbaycan isə daha müasir Türkiyə və İsrail hərbi texnikası ilə silahlanmışdı və texnoloji cəhətdən köhnəlmiş rus silahı daşıyan erməni ordusunu darmadağın etdi. Deməli, Ermənistan Rusiya nəzarətində qalacaqsa, Azərbaycan hər zaman hərbi-texnoloji üstünlüyə malik olacaq. Rusiyanın yerinə Ermənistana ABŞ girəcəksə, vəziyyət tam dəyişəcək, erməni dövləti daha müasir və daha öldürücü Qərb silahları ilə təmin ediləcək. O zaman Azərbaycanın Ermənistan üzərindəki hərbi texnoloji üstünlüyündən danışmaq çətin olacaq. Rusiya həm iqdisadi qüdrət, hem geopolitik təsir, həm də hərbi güc baxımından zəifləməyə doğru gedir. Bu səbəbdən də rəsmi Moskva güclənməkdə olan Türkiyə - Azərbaycan tandemi qarşısında daha güzəştli mövqe tutmağa məcburdur. Üstəlik, Ukrayna müharibəsi və Qərbin Rusiyaya olan təzyiqləri qarşısında rəsmi Moskva ona sanksiya tətbiq etməyən Türkiyəyə daha çox yaxınlaşmaq məcburiyyətindədir. Bu faktor Qafqaz siyasətində Türkiyənin əlini Rusiyaya qarşı gücləndirir. Deməli, bu məsələdə də vəziyyət Azərbaycanın xeyirinədir. Bəs Qərb necə? ABŞ və bütövlükdə Qərb iqtisadi, geopolitik və hərbi hegemonluğunu bu gün də tam qoruyub saxlayır. Qərb alyansı Türkiyə - Azərbaycan tandemindən qat-qat daha güclüdür və bu alyansın bizə ciddi güzəştə getməsi üçün heç bir tutarlı səbəb yoxdur.
Ukrayna ilə müharibədə olan bugünkü Rusiya Türkiyə üçün (deməli həm də Azərbaycan üçün) böyük təhdid deyil. Əksinə, Moskva Türkiyə ilə çox ciddi proyektlər həyata keçirir və hər iki dövləti bir-birinə qarşı kəskin addımlardan çəkindirən çox ciddi qarşılıqlı asıllıqlar var. Rusiya enerji daşıyıcılarının və digər məhsullarının çox əhəmiyyətli hissəsini dünya bazarına Türkiyə üzərindən çıxarır, Akkuyu atom elektrik stansiyasını tikir. Qərb isə Türkiyə ilə sözdə (və bəzi məsələlərdə) müttəfiq olsa da, əslində qardaş dövlətə qarşı ciddi təhdiddir. ABŞ və digər Qərb dövlətləri Yunanıstanı və kürd separatçılarını Türkiyəyə qarşı aktiv şəkildə silahlandırır, Ankaraya qarşı gözə görünən və görünməyən sanksiyalar tətbiq edirlər. Çoxsaylı Qərb institutları Türkiyənin parçalanması ilə bağlı planlar qurur və bu planları rəsmi hesabatlarında mütəmadi dərc edirlər. Belə strategiyaya sahib olan Qərbin Ermənistana yerləşməsinin Türkiyə və Azərbaycan üçün hansı təhlükəni törədəcəyini düşünmək belə iliklərimizi üşüdür. ABŞ Ermənistana girməyi bacararsa, bu ölkəni öz qoruması altına götürəcək, Türkiyəni indi həm də şimaldan mühasirəyə alacaq, Azərbaycanla Türkiyə arasında keçilməz sədd yaradacaq və Ermənistanı Azərbaycana qarşı şiddətli təzyiq ünsürünə çevirəcək. Göstərilən arqumentləri çılpaqlığı ilə təsdiqləyən fakt isə ABŞ-nin “NATO müttəfiqim” dediyi Türkiyəni hər cür sıxma-boğmaya məruz qoymasıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan Türkiyədən çox daha kiçik ölkədir və ABŞ-nin təzyiqlərinə qarşı daha dayanıqsızdır.
Bütün bu deyilənlərdən belə bir sual doğur: Qərbin Ermənistana yerləşməsi məsələsində Türkiyə, Rusiya və Azərbaycan situativ müttəfiq ola bilərmi? Bəlkə də, Bakıya səfəri zamanı "Qərbi Ermənistana buraxmaq olmaz“ deyən Sergey Şoyqu haqlıdır. Maraqlıdır, Şoyqunun məhz Bakıda verdiyi bu bəyanatdan sonra Vladimir Putin də Azərbaycana gəlməyə hazırlaşır.
Cərəyan edən hadisələrə görə regionda çox böyük geopolitik şahmat partiyası oynanır. Və belə görünür ki, Azərbaycan bu partiyada qurbanlıq piyada deyil, oyunun taleyini həll edəcək fiqurlardan biri rolunda çıxış edir.
Namiq Bilal

Şərhlər
İkisini də Allah öldürsün;onu da,Hitleri də.Amma bizə əlbəttə ki Rusiya çox daha yaxındır.Ən azından İvanın xarakterinə bələdik,üstəlik yaxın qonşumuzdu.Və daha önəmlisi odur ki,amerikanlar israillilər kimi özlərini fövqəlbəşər hesab edirlər,o üzdən bizlərdən qırılan olanda ona sadəcə statistika kimi baxırlar,özlərindən bircəciyinin burnu qanadımı,adam hesab etmədikləri bəşər tərəfindən öldürülüb deyə dünya başlarına dar gəlir.Və ruslar xalqdır,amerikan xalqı deyə bir şey isə yoxdur.Planetin hər yerindən qırılıb qaçıb ABŞ-a yığılanlardı.Onlardan vətəndaş olar,amma heç vaxt adam olmaz.
Azərbaycan, ya böyük Qafqaz özü nə RF, nə ABŞa tay yox, dəfələrlə kiçik həssas regiondur. Hər iki Gücün Azərbaycanın yalnız təvəqqe etdiyi dəstəkləri kifayətdir!
Rusiya, semimi olmaq isteyirse cenubi qafqazi Turkiyenin nezaretine vermeyi teklif edib, Turkiyenin yaninda olmagini beyan etmeli idi ve oz iqtisadi baraqlari ile qane olmali idi. Bax onda anqlosaklara qarsh birge mubarize mumkin olardi, amma rusiya hegemonlugundan el cekmek istemir ve aciq demek isteyirem ki, gec- tez daxilden dagilmaga mehkumdur!
Putin bu gün sabahlıqdır.Onun Azərbaycana səfərini belə Rus mediası işıqlandırmır.Putinə indiki şəraitdə güzəştə getməkonun şərtlərini rəsmi qəbul etmək isə ağılsızlıqır.Görmüsünüz Rusiya mediyası belə onun Azərbaycana səfərindən yazmır.Azərbaycan niyə qurbanlıq keçi olmalıdır! Ağıllı olmaqa fayda var.
Cəmşid bə Sizin məqbul saymanız tarixi zəif bilmənizin və dünya proseslərini analiz etmə qabiliyyətinizin səviyyəsini göstərir.Rusiya iranla sövdələşdi Azərbaycan parşalandı,Rusiya 1905 savaşını salıb iki killəti bir-birrin düşmən etdi,1948-d Azərbaycanlların Ermənistandan deportasiyanı təşkil etdi.Qarabağ məsələsini qaldırd və müharibə başlatd.Nəticədə Rusiyanın Azrbaycana hesaba alınmayan zərr və ziyanı.Azərbaycanlıların yaşamına zrbə,itkilər baş verdi.Bunları unudub rusiyanın dalınca getmək yalnız Rusiyada malı,mülkü və biznesi olan indiki hakimiyyt nümayəndələrindən başqa heç kimə fayda verməz!
Beyem Rusiya deyildi her gun IL 76 yuk teyyaresi ile ermenistana Iran uzerinden silah dasiyirdi ? Indi rusbaslar baslayiblar aktivlesmeye ki , bes sen deme Putin icaze vermeseydi Azerbaycan torpaqlari ala bilmezmis ? Xalq Sehid General Polad Hesimovun olumune etriraz etdi ve bu meseleni kokunden hell etmek qerari verdi ..Rusun quyrugu qapi aradinda qaldigi ucun mecbur bele siyasi gedisatlar edir ..
Maşallah rusları çox istəyirsən.
Hörmətli AzPolitka Siz axaraz saiti deyilsinizki adını yaza bilməyən savadsız kütbeyinlərin şərhlərini dərc edəsiniz yazşı olardı doğurdanda yazı haqqında və onun ətrafında baş verənləri düzgün analiz edib şərh yazanları dərc edəsiniz yoxsa heçnə anlamayan yalnız söyüş və təhqirlə yazıya şərh verənlər yox bu sizin oxuculara böyük hörməti və qayğısı olardı.
Tovuz hadisələrində Türkiyənin arxasında NATO və ABŞ dürdu deyə Türkiyə Zorlayıb girdi və Rusu sındırdılar və bunun nəticəsində də torpaqlarımızı müharibə edib qaytardıq. Rus 200 ildir qanımızı içir və erməniyə də içdirir. Rusa görə bu şər ölkənin istəyi ilə kimləsə konflikdə getmək ağılsızlıqdır.
Burda Turana cavab verməmək olmur BMT nın 4 qətnaməsini niyə ingiltərə icra etmədi ucuz şorba ilə dost tutmaq lazım deyil,BMT heç zaman ölkəmizin ziyanına qərar verə bilməzdi ən azından özünün 4 qətnaməsi var idi,birdə şərh yazanları təhqir etmək lazım deyil,nə bilim 5 ci kalon rusbaş,ruspərəst,onda sual olunur sizlər hansı pərəstsiniz və yaxuda başsınız.
Müəllifin son fikrini bölüşməmək insafsızlıq olardı. Kaş Azərbaycan bu şahmat partiyasında qurbanlıq piyada olmasın. İlham Əliyevin diplomatik erudisiyası onun bu oyunda məğlub olmayacağına böyük ümid verir. Allah Azərbaycanın yar və yardımçısı olsun. Amin!
5-ci kolon yaman aktivləşib. Yaddan çıxarmaq lazım deyil ki 44 günlük müharibə zamanı məhz Qərbin ən güclü parçası olan Böyük Britaniyanın sayəsində biz BMT-də qınaqdan qurtulduq. ...
Allah eləsin heç biri amma ABŞ deyəndə söhbət anqlosakslardan gedir,onlar olan yerdə tayfalara qədər bölünür və illərlə münaqişə,müharibə olur,rusya artıq həmin gücdə və həvəsdə deyil,üstəlik etnos məsələsini qaldırmayacaq,çünki özü 30-ildən çoxdur buna qarşı mübarizə,hal hazırda isə müharibə aparır.
Cənubi Qafqazda müstəqil suberen ölkələrin mövcud olması daha vacibdir.Suala gəldikdə isə Rusiyanın zonada 200 ildən artıq varlığı çaxnaşma.parçalanma.müharibə.narahatçılıq gətirdiyini unutmaq olmaz .Ona görə Rusiya qəti surətdə təkzib edilməlidir.Özünun əhalisi ac yalavac ölkənin Azərbaycana nə xeyri dəyə bilər?
Kim nə deyir- desin, iİndiki halda Azərbaycanın Rusiya ilə yürütdüyü qarşılıqlı siyasəti məqbul sayıram. Hər bir Azərbaycanlı kimi, mən də Rusiyanın keçmişdə etdiyi acılardan dolayı, nə qədr sevməsəm də, amma bəzi gerçəkləri də umursamadan keçmək olmur. Birincisi nəzərə almalıyıq ki, istəsək də, istəməsək də, sevsək də sevməsək də Rusiya ilə iki əsrdən artıq birgə tariximiz var və acısı ilə, şirini ilə bu tarix bizim də tariximizdir. Onu da bilməmiş deyilik ki, keçmişini bilməyən, bilib də ondan nəticə çıxarmayan millətlər gələcəyini inşa edə bilməzlər. Ona görə də bəzi soydaşlarımıza Rusiya ilə münasibətlərə yalınız acılardan dolayı baxmamalarını və Rusiyanın gücünün küçümsəməmələrini tövsiyyə edərdim. Hərçənd ki, onların bir çoxu, söylədiyim bu fikirlərin fərqinə varmadan, məni o saat Rus yandaşlı və ya Rusiyanın adamı kimi qələmə verməyə səy görsətməyə çalışacaqlar, amma kəsinliklə söyləyirəm, bu belə deyildir. Yenə də deyirəm, sadəcə fikir bildirən də çəkdiyimiz acılarla yanaşı, müsbət anları da yada salmanızı istədim. Bu baxımdan da bu paylaşmamda Rusiya ilə bağlı sizlərin də bildiyiniz bəzi müsbət anları yada salmanızı istədim. Birincisi, hər birimiz etiraf etməliyik ki, 1813 və 1826 cı illərdə Çar Rusiyaı ilə İran arasında baş vermiş müharibədə İran məğlub olub kapituliyası aktına imza atmasının nəticəsində Şimali Azərbaycan, yəni biz İrandan qoparıldıq. O zaman qoparılmasa idik, indi İranın tərkibində o taylı soydaşlarımız kimi biz də inim -inim inildəyirdik və indiki halda da Azərbaycan adlı ayrıca bir dövlət yox idi belə.. İkincisi, Rusiyanın tərkibində ilk zamanlar quberniyalara parçalansaq da, sonradan zaman keçdikcə Borçalısız, İravansız, Dərbənsiz də olsa, artıq Sovet hakimiyyəti qrulanda biz ittfaqa ayrıca bir respublika kimi daxil edildik. Yarım müstəqil olsaq da bizim ayrıca bayrağımız, himnimiz, konistitusiyamız, dilimiz oldu. Sovetlər dönəmində düzdür çox acılar çəkdik, amma keçən əsrin əllinci illərindən sonra elmidə, təhsildə, mədəniyyətdə və sosial vıziyyət cəhətdən ( bunu İranın və Türkiyənin əyalətlərinə səfər edənlər daha əyyani surət də derk edərlər) çox inkişaf etdik. Hansı ki, indiki müstəqillik şəraitində təkcə təhsilimz belə Sövet təhsil sisteminin əllinci iləri səviyyəsində deyil. Sonda da Sovet İttifaqı dağlandan sonra müstəqil Respublika elan edildik. Bəzi siyasi dəllallar bu müstəqilliyi nə qədər öz adlarına çıxmağa çalışsalar da, gerçək bu idi. Əslində o bəziləri təndirdən qabaq küt getməklə, yalnız millətə acılar gətirdilər (keçən əsrin 90-ci illərin əvvəllərini o dövün nəsili yaxşı xatırlayır). Bir mənalı olaraq, o dövrün canlı şahidi olaraq, altını cızaraq deyirəm, Sovet höküməti dağılmasa idi, biz hansısa gələcək zamana kimi müstəqil ola bilməzdik. Sonuncu, əgər Rusiya sonuncu Qarabağ savaşında imkan verməsə idi (baxmayaraq ki, iki yüz ildə erməni bəlasını başımıza o sarmışdı), biz Qarabağda bir güllə belə ata bilməzdik. Təbii ki, bu da, İlham Əliyevin bu yöndə Rusiya ilə balanslaşdıtrılmış siyasətinin nəticəsi idi. Yoxsa bəzi soydaşlarımızın güvəndiyi Qərb, yəni ATƏT gəlib torpaqları alıb bizə verəcəkdi. Əsla, bir dəfəlik anlamalıyıq ki, Qərb özünün çıxarları və bizim kimi müsəlman ölkələrinə ikili standartlardan yanaşmalarından dolayı, bunu etməyəcəkdi. Onların bizim kimi ölkələrə vəd etdikləri “demokratiya” da yalançı vədlərdən başqa bir şey deyildir. Reallıqda onlar bizim kimi ölkələrə demokratiya pərdəsi altında fəlakət ixrac edərlər. Biz bunu yaxın tariximizdə İrakda, Əfqanstanda, Liviyada, Suriyada və nəhayyət də Ukrayna və Gürcüstanda da gördük. Bizim çıxış yolumuz, qonşularla dinc münasibətlər yaratmaq, olmayanlarla da dil tapmaq və öz ölkəmiz daxilində özümüzün ədalətli bir cəmiyyətin qurulmasından keçir. Yoxsa bizim kimi, indiki halda həm ərazicə, həm də millətcə kiçik bir ölkənin Rusiya kimi böyük bir dövlətlə çiling ağac oynamaq və gücünü küçümsəmək fayda gətirməz. Əvvəl kəndinə baxmalısan, sonra boyundan böyük danışmalısan. O da ki, ola Rusiya. O Rusiya ki, iki ildən artıqdır ki, həm iqtisadi, həm də hərbi yolla Ukraynada Amerika başda olmaqla 39 Qərb ölkəsinə qarşı vuruşur. Unutmayaq ki, Rusiya tükənən bir ölkə deyil. Rusiyada rejimin çöküşü içdənn olmasa, kənardan çökdürülməsi mümkün deyil. Önun hərbi texnikası bütün NATO ölkələrinin ayrı-ayrılıqda hərbi texnikasından çoxdur. Bunu da mən demirəm, bunu uzmanlar deyir. Bunu qardaş ölkənin prezidenti, sayın Erdoğan Rusiya Ukrayna müharibəsinin ilk günlərində Putinlə görüşəndən sonra mətbuata açıqlama verdi ki, “təssüf ki Qərb Rusyanın gücünü çox hafifə aldı”. Lütfən gəlin kerçəkçi olaq. Bir daha deyirəm, düşməninin gücünü küçümsəyib, ona hər mənada hücum etmək intihara cəhddir. Bu gün HAMASIN İsrailin gücünü küçümseyib ona hücum etdiyi kimi. Olan isə Qazeyə və qazzeliler oldu. Bütün bunların nəticəsi olaraq, bir daha da qeyd edirəm ki, Azərbaycan dövlətinin xarixici siyasət qonusunda bütün fəaliyyətini dəstəkləyirəm və bir ziyalı olaraq da yanındayam.
Putinin Bakıya gəlişi Namiq Bilalı və onu kimilərini çox sevindirir .Sizlər hələ də anlamırsız ki , Putinin quyruğu qapı arasındadır ,ona hələlik bizlərin ehtiyacı var . Məsələ onun istədiyi kimi həll edilsə ,narahat olmayın ,nəinki Qarabağa ,hətta Bakıya da erməni məişəli birini rəhbər təyin edəcək ,zatən sizlər üçün fərq etməz
Tam bir rus pərəst mğvqe bu Rusiyani dostunun gətirdiy ""arqumentləri bir bir darmadaqın edərdim təəssüf ki vaxtım yoxdur