Mərkəzi Bankın valyuta ehtiyatları yenidən 11 mlrd. dolları ötüb


Baxiş sayı:
342
Dərc olunub:
02/04/2025 - 16:18
Bu il aprel ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0.32% və ya 34.7 milyon ABŞ dolları artaraq 11 milyard 26.5 milyon ABŞ dollarına çatıb.
"APA-Economics" xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 0.6% və ya 67 milyon ABŞ dolları artıb.
Qeyd edək ki, son 1 ildə bu ehtiyatlar 5.4% və ya 627.9 milyon dollar azalıb. Belə ki, 2024-cü ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 11 milyard 654.4 milyon dollar təşkil edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.