200-ə yaxın dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib - 8-nin qiyməti aşağı salınıb

Dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətlərinin yuxarı həddi və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.

APA xəbər verir ki, Tarif Şurası bununla bağlı qərar qəbul edib.

İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 8 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Bu qərar 2025-ci il 5 aprel tarixindən qüvvəyə minir.

https://tariff.gov.az/ckfinder/userfiles/files/Q%C9%99rarlar%202025-davam%C4%B1/044-N2-%C6%8F.pdf

Şərhlər

Pensiyaçı 2025-04-02 18:52:53

Bu tarif Şurasının işi Allaha qalıb.Yalnız bahalaşmaya hesablanan şura kimə xidmət edir?Axı Azəbaycanda dərmanların qiyməti maaşları,pensiyaları 5-6 dəfə bizdən yüksək olan ispaniya,İtaliya,hətta Türkiyədən 3-4 dəfə bahadır.200 dərmanı bahalaşdırb 5-6 lazımsız satılmayanların qiymətlərini aşağı salmaq xalqa xidmət yox.xalqa zülm etməkdir. Bunu Tarif şurasında anlayan üzv niyə yoxfur.Möhtrəm Prezident,Prezident Aparatı,Nazirlər Kabimesi niyə bu nəsələ ilə maraqlanmır?

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться...

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в...

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок —...