Menu

Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər - Polad Bülbüloğlu

19.08.2024, 08:00
Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər - Polad Bülbüloğlu

Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər, məsələ müzakirə olunur.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.

“Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki Azərbaycanın Rusiyada iki baş konsulluğu var – Yekaterinburqda və Sankt-Peterburqda”, - Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.

Federasiya Şurasının Beynəlaxlq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasin mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Baş Konsulluqla bağlı planları açıqlayıb. Karasin bildirib ki, 2024-cü ilin sonuna doğru diplomatik nümayəndəliyin açılması məqsədilə yaxın günlərdə hazırlıq başlayacaq.

Şərhlər

Mubariz 2024-08-19 11:00:02

Səni ona görə Qarabağdan deputat düzəldirlər ,həm də Rusyanın Şuşada baş konsulu olacaqsan .Oralarda rus var ,konsulluq açırsız ? Gedin Gəncədə açın ,çox istəyirsizsə.Deməli Xankəndinə erməni əsilli geydirmə rus vətəndaşları gətriləcək .Amma Paşik Putinin arzusunu ürəyində qoyacaq .Erməiləri Paşik Qarabağa qoymayacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol