Məlum olduğu kimi, son zamanlar Rusiyanın müxtəlif ranqlı hakimiyyət təmsilçiləri Xankəndində Rusiya konsulluğunun açılması təşəbbüslərilə çıxış edirlər və açıq şəkildə Kremlin bunda maraqlı olduğunu qeyd edirlər. Baxmayaraq, ki, nə Xankəndində, nə də ətraf rayonlarda Rusiya vətəndaşları yaşamır və deməli, konsulluq xidmətlərinə də heç bir ehtiyac yoxdur.
Rusiyanın daha çox siyasi xarakter daşıyan bu istəyi barədə son dəfə Vladimir Putinin Azərbaycana səfəri öncəsi Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin danışıb. O, deyib ki, Rusiyanın Xankəndində baş konsulluğunun açılmasına hazırlıq tezliklə başlaya bilər.
“AzPolitika” xəbər verir ki, bu həssas mövzu ilə bağlı Rusiyanın TASS agentliyinə açıqlama verən ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlunun dedikləri agentlik tərəfindən təhrif olunub. Bunu “haqqın.az”-açıqlamasında P.Bülbüloğlunun özü deyib.
Belə ki, TASS öz məlumatında səfirimizin agentliyə geniş müsahibəsi zamanı guya Qarabağda Rusiya konsulluğunun açılacağını təsdiqlədiyini bildirib. Daha sonra ondan sitat gətirib: “Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki bizim Rusiyada iki baş konsulluğumuz var – Yekaterinburqda və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkənizdəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, təbiidir. Ancaq Azərbaycanda konsulluqların fəaliyyət sahəsi daha məhduddur, lakin buna baxmayaraq, bu istiqamətdə işlər gedir, müxtəlif variantlar təklif olunur”.
Onu da qeyd edək ki, P.Bülbüloğlunun TASS-a müsahibəsinin tam mətni hələ agentliyin saytına yerləşdirilməyib. Buna baxmayaraq, səfir hesab edir ki, TASS onun sözlərini Azərbaycanda Rusiya baş konsulluqlarının açılması kontekstində təhrif edib: “Mən deməmişəm ki, Rusiya baş konsulluğu Qarabağda da peyda ola bilər. Dedim ki, bu məsələ müzakirə mərhələsindədir”.
Hər halda, səfir TASS-ın Rusiyanın Qarabağda konsulluq açacağı barədə məlumatını dolayısı ilə də olsa təkzib edib. Ancaq belə görünür ki, konsulluq açılışının reallaşması ehtimalı yüksəkdir, lakin onun hansı bölgəmizdə açılacağı hələ sual altındadır...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Məmurların 90 yaşda da kreslodan əl çəkmədiyini nəzərə alaraq təklif edirəm ki, “qoca” kəlməsinin sinonimi “məmur” olsun.Məsələn,”qoca çinar” yerinə “məmur çinar”,”qocaman aslan” yerinə “məmurman aslan”,”koskoca məmləkət” yerinə “kosməmur məmləkət” və sairə deyək.Heminqveyin məşhur “Qoca və balıqçı” əsəri də “Məmur və balıqçı” olsun.Necədi?Tellərindən incəmi?Söylə,ürəyincəmi?
Utanmaq lazım deyil.Demisənsə boynuna indidən al,bilək ki demisən,yoxsa deputat olsan beş il susacaqsan bu günə qədərki deputatlar kimi,biz də biləmməyəcəyik demisən ya yox.Amma,nətər deyim ee,demisən dəə.Ağ eləmə dəə.
Indide, buyashda deputat olmaq isdeyir ve olcaqda !Beleleri, Azerbaycan xalqina istehza ile baxan tefekkur sahibleridir, beleleriden milli dovletcilik namine nese gozlemek agilsizliqdir, olmazdi ki, bunun yerini parlamentde savadli, dilbilen bir genc olaydi?
Şefi qardaşın da ağzı əyilib.A balam,görürsən dilin tutulub,danışma dəə.
Ay polaaad ) bu yadhda derd
Ŏzůmůz kimi diplomatımız,deputatız da xərəbdi
Bu .... nə çox hallandırırınız?Onan başqa maraq doğuran hadisələr,yoxdur?bu düşük artistn nə gözləyirsiniz?