İsrail kəşfiyyat orqanları hakerlərin yüksək texnologiyalı əməliyyatı ilə radikal Hizbullah təşkilatın daxili kommunikasiya şəbəkələrini sındıraraq qruplaşmanın komandirlərindən olan Fuad Şükrü öldürə biliblər.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” təşkilatın nümayəndəsinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, iyulun 30-da axşam saatlarında Şükr Beyrutda yaşayış binasının ikinci mərtəbəsindəki ofisində olub. Kəşfiyyatçılar ona zəng edərək yeddinci mərtəbədəki mənzilinə gəlməyi xahiş ediblər. “Wall Street Journal”-ın mənbəsi izah etdi ki, Hizbullah üzvünü binaya zərbə endirmək üçün beş mərtəbə yuxarıdakı mənzilə aparıblar.
Şükr mənzilə çatanda İsrail hərbçiləri onu vurublar. Hizbullah komandirindən başqa onun həyat yoldaşı, otaqda olan daha iki qadın və iki uşaq öldürülüb.
Şükr hərbi əməliyyatların planlaşdırılması və yönləndirilməsində Hizbullah lideri Həsən Nəsrullahın sağ əli və müşaviri hesab edilirdi. Şükr 1985-ci ildə təşkilata üzv olub və o vaxtdan bir sıra rəhbər vəzifələrdə çalışıb.
Hacı Möhsin kimi də tanınan Şükrü “Kabus” adlandırırdılar. O, o qədər gizli bir həyat sürüb ki, onun ölümünü xəbər verən Livan mediası yanlış adamın fotoşəkillərini dərc edib. O, yalnız Hizbullah liderlərinin kiçik toplantılarında görünüb və 2024-cü ilin əvvəlində qardaşı oğlunun dəfn mərasimində cəmi bir neçə dəqiqə ictimaiyyət qarşısına çıxıb.
Şükrün qətlinə görə məsuliyyəti İsrail öz üzərinə götürüb. İsrail Müdafiə Qüvvələri hesab edir ki, o, İsrailin nəzarətində olan Colan təpələrindəki Məcdəl Şəmsə raket zərbələri endirmək qərarı verib. Daha sonra əksəriyyəti uşaqlar olmaqla 12 nəfər ölüb, 30-dan çoxu yaralanıb. Hizbullah hücumda iştirakını inkar edib.
Şükrün ölümündən bir gün sonra, iyulun 31-də Fələstinin HƏMAS qruplaşmasının liderlərindən biri olan İsmayıl Həniyə Tehranda öldürülüb. İsrail Haniyənin qətlində əli olduğunu etiraf etməyib.
Şükr və Haniyənin öldürülməsindən sonra İran və Hizbullah İsraili cavab hücumları ilə hədələsələr də, indiyədək heç bir hücum cəhdi olmayıb.
“AzPolitika.info”


Şərhlər