Menu

“Bu halda Ukrayna Kurskdan çıxmayacaq” -“Onların bir neçə məsələdə üstünlüyü var”

19.08.2024, 13:49
“Bu halda Ukrayna Kurskdan çıxmayacaq” -“Onların bir neçə məsələdə üstünlüyü var”

Ukraynanın Rusiyanın Kursk vilayətindəkli hücum əməliyyatı ilə bağlı əsas sual bunun nə qədər davam edəcəyi və nə ilə nəticələnəcəyidir.

“AzPolitika” xəbər verir ki, “The Times” nəşri bu mövzu ilə bağlı yazısında Ukraynanın uzun müddət Kursk vilayətində qala biləcəyini qeyd edib.

Qəzet yazır ki, əgər Putin güzəştə getməsə və danışıqlardan imtina etsə, Ukraynanın Kursk vilayətində qalmaqdan və yeni Rusiya ərazilərini ələ keçirməkdən başqa yolu qalmayacaq.

Yazıda iddia olunur ki, Ukraynanın ələ keçirdiyi Rusiya ərazilərini həmişəlik işğal etmək arzusu yoxdur. Lakin Kiyev ümid edir ki, Qərb tipli hərbi təlim keçmiş və yaxşı təchiz edilmiş minlərlə ukraynalı əsgərin Kurska gəlişi Moskvanı öz diqqətini Ukraynanın şərqindən yayındırmağa və sonda danışıqlıara razılaşmağa məcbur edəcək: “Əgər Putin güzəştə getməsə və öz şərtlərinin üzərində qalsa, yaxud danışıqlardan imtina etsə, Kiyevin Kursk bölgəsində qalmaqdan və Moskvaya təzyiqi artırmaq üçün daha da irəliləməkdən başqa yolu qalmayacaq. Bu ssenarini öncədən görən Ukrayna Moskvaya qarşı yeni cəbhə xəttinin nümayişi kimi Kurskda hərbi komendatura yaradıb”.

Qəzet qeyd edir ki, hazırda Kursk bölgəsində Ukrayna qoşunlarının bir neçə məsələdə açıq üstünlüyü var: “Onlar yalnız Kiyev rəhbərliyinin siyasi və strateji baxımdan ən münasib hesab etdiyi vaxt bölgəni tərk edəcəklər. Onların özlərini qorumaq üçün atəş gücü, o cümlədən hava hücumundan müdafiə vasitələri, sığınacaq təmin etmək üçün sıx meşə zolaqları var. Həmçinin, əllərində əsir götürülmüş yüzlərlə rusiyalı çağırışçı var”.

Xatırladaq ki, bundan əvvəl “The Washington Post” qəzeti diplomatlara və rəsmilərə istinadla Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində başlatdığı əməliyyatın Rusiya ilə gizli danışıqları pozduğunu yazmışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol