Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya Prezidenti Vladimir Putinin şərəfinə keçirilən dövlət qəbulunda badımcan ləvəngisi, qutab, kartofla qızardılmış çay foreli və təndirdə qızardılmış keçi əti təqdim edilib.
"AzPolitika" TASS-a istinadla xəbər verir ki, menyuda həmçinin qara kürü, qızardılmış badımcan salatı, ayranaşı, qızardılmış düşbərə, üzüm yarpağı və püstə yarpaqlarından hazırlanmış dolma, milli şirniyyatlar olub.
Qəbul iştirakçılarına içki kimi "Savalan Sauvignon Blanc 2022" və "Meysari Makhmari 2020" çaxırları təklif edilib.



Şərhlər
Vay dədəəə!Yeməklərə bax ee!Təkcə adlarını eşitmək bəsdi ki,adam ağzı sulana-sulana güzgüdə özünə baxıb desin ki mən də adamam yəni?Könlümdən bircə saatlığa “Gülüstan” sarayında Rusiya prezidenti olmaq keçdi vallah.Qoqolun Sobakeviçi kimi sökərdim ee yarımca saata bütün o yeməkləri,o biri yarım saatda da divanda uzanıb Koroğlu kimi gəyirə-gəyirə çay içərdim.Bir saat bitdimi,deyərdim vəssalam,dünyadan kamımı aldım daha,gözüm doydu,odur ki qaytarmayın məni əvvəlki günümə,bundan sonra yenə belə yeməkləri yemədən yaşayacağamsa təpəmnən bir güllə çaxın ölüm.Qızardılmış düşbərə ee.Nədəəbu!Ayranaşını birtəhər başa düşdüm,dovğanın mədəni adıdı deyəsən.Püstə yarpağına bükülmüş dolmanı da təsəvvür elədim,tənək olmasın püstə olsun,amma düşbərənin qızarmışı necə olur,biləmmədim.A balam,evdə bişməyib,qonşudan gəlməyib,nə bilim necə olur.Deyəsən cənub zonasının yeməklərindəndi,o tərəflərdə elə zəngin mətbəx var ki,cürbəcür əcaib yeməklər icad olunur oralarda.