Menu

Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb, saxlanılan var

19.08.2024, 21:25
Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb, saxlanılan var

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü X.Piroğlanov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Oruc Abdullayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol