Menu

"Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur" - Rusiya XİN

20.08.2024, 11:08
"Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur" - Rusiya XİN

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə tərəfdaşlıqdan yayınmaq Ermənistanın milli təhlükəsizliyini əhəmiyyətli dərəcədə zəiflədir.

APA-nın məlumatına görə, bunu RİA “Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin I MDB Ölkələri Departamentinin direktoru Mikael Aqasandyan deyib.

Onun sözlərinə görə, indiki məqamda Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur:

“Hazırda Ermənistanda KTMT ilə əməkdaşlıqdan yayınma meylləri hökm sürür. Onların bu cür mövqeyi erməni xalqının maraqlarına ziddir. Çünki bu yanaşma ölkənin milli təhlükəsizliyini zəiflədir. Ermənistanda sabitliyin KTMT və Rusiyadan başqa alternativ təminatçısı mövcud deyil. KTMT çərçivəsində qəbul edilən müştərək öhdəliklər də dəyişməz qalır”.

Şərhlər

Elşən 2024-08-20 11:48:16

Hə bir o qalıb KMT yerləşdirmək istəyir Qarabağa sonra ömürlük qalacaq Qarabağda zəngəzurda ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol