Ukrayna Ali Radası Rusiya ilə əlaqəli dini təşkilatların Ukraynada fəaliyyətini qadağan edən qanun layihəsini qəbul edib.
“AzPolitika” xəbər verir ki, bu barədə parlamentin deputatlarına istinadla Ukrayna mətbuatı məlumat yayıb. Bu qanunun qəbulu nəticəsində Ukarynadakı Moskva Patriarxatının Rus Provaslav Kilsəsi(Xalq arasında Moskva kilsəsi kimi tanınır-red.) əvvəlki formada fəaliyyətini dayandıracaq.
Daha doğrusu, Ukrayna Provaslav Kilsəsəi kimi çalışacaq və onun Moskva Rus Provaslav Kilsəsilə bütün əlaqələri dayandırılacaq.
Qanuna ikinci oxunuşda 265 xalq deputatı səs verib. Qanun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. Ukraynadakı Provaslav kilsəsi icmalarına Moskva Rus Pravoslav Kilsəsi ilə əlaqələri kəsmək üçün 9 ay vaxt veriləcək. Qeyd edək ki, bu kilsə ukraynalılar arasında daha çox Rusiya agentura yuvası kimi tanınırdı.
“AzPolitika.info”


Şərhlər