Menu

Formula-1 ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır

20.08.2024, 16:07
Formula-1 ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır

Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.

Bu barədə APA-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edilib ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

Şərhlər

Məzahir Abbasov 2024-08-20 20:58:49

Şəhər əhalisini heç kimə maraqlı olmayan,nəticəsinin faydasız və artıq məsrəf olan .bu bir-iki nəfərin azartı və pul mənimsəməsi xatirinə əcnəbilərin Formula-1 maşın qovmalarının təşkili ilə narahat etmək,bir sıra müəssisələrin işini pozmaq hansı ağlı kəm yetkilinin məhsuludur?Niyə hakimiyyət bu məsrəfçiliyin və natahatlığın qarşısını almır.Axı bu lazımsız xərc və mənasız maşın sürmə və gəncləri avtoşluğa cəlb etmədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol