Menu

Beyləqanda kanalda batan 9 yaşlı uşağın meyiti tapılıb

20.08.2024, 16:37
Beyləqanda kanalda batan 9 yaşlı uşağın meyiti tapılıb

Beyləqanda ötən gün su kanalında batan 9 yaşlı uşağın meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Baş Mil kanalının Yeni Mil kəndi ərazisindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü İbrahimov Əhməd Cavid oğlunun meyiti hadisə baş verən ərazidən təxminən 15 kilometr uzaqda tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol