Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə geniş miqyaslı quruculuğ işləri həyata keçirilir. Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin son vaxtlarda Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə pozitiv dəyişikliklərin müşahidə edildiyi qeyd edilib. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib.
Müşavirədə çıxış edən Baki Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara təmiz əllərlə işləməyi və təvəzökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzən negativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb edilib.
Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələri bir aydan sonra yenidən müzakirəyə çıxarılacaqdır.

Şərhlər
Qardaş Şəki əldən gedib ! İnkişafdan dayanıb ! Şəkidə köklü surətdə yoxlamalar aparılsa dediklərimiz öz təsdiqini tapacaqdır !
Bilmirsiniz ki,Usubov soyadda Azərbaycan soyadı olmur? Yusifov olur.Amma Ermənistanda Usubyan soyadı istənilən qədər.Qaldı Həsən adlı müavinə,o da çoxdan Göynükdə məskunlaşan YerAzlardandır.Hələ bəlkə ad soyad dəyişib.Ona görə onlara toxunmurlar.
Guya Eldar alverçi deyil.30 ildir uşaq geyim,oyuncaq satan ölkəni bürüyən mağazalar kimindir?
Bütün rayonların İcra Başçıları dəyişdirilir, Şəkidən başqa ??? Bilmək istəyirik Şəkinin İcra başçısı Elxan Usubov (14 il) və 1-ci müavini Həsən Həsənov (27il) olduqca arxalıdırlar ki, onlara dəyən yoxdur ! idarələrdə mühüm vəzifələr, Bələdiyyə sədrləri, İcra Nümayəndələri, DSK və Məntəqə sədrlərinin hamısı onlara ın yaxın qohum-qardaşlarıdır. Bu iki şəxs Şəkini özəlləşdiriblər, özlərini müdafiə edən Şəxsi(Vüqar İsgəndərovu) deputat təyin olunması üçün inzibatçılıqlarını həyata keçirirlər.
Məmurlar vicdan anlayışını itirmişlərdən ibarət olduğu bir sıra ölkədə baş verən hallarla təsdiq olunur.Ona görə yazmağın.söyləməyin mənası yoxdur...bu məmurlar əslinə ad-familiyalarını dəyişmiş əcnəbilər taifasıdır ki,Azərbaycana soxulublar.Yarısı yezidi kürd,yarısı erməni,az hissəsi də onlarla qarışıq nəsnələrdir.
Axırıncı çin xəbərdarlığı
Bakıya icra başçısı olacaq bir savadlı,bacarıqlı adam tapılmırdı ki, bunu gətirib milyonların üzərinə başçı qoyudular?
icralar puldan bezdinizmi ?
Eldar Əzizov öz fəaliyyətinə vicdanla baxsaydı daha ədalətli olardı Neçə ildir ki, haray çəkməkdən, yalvarmaqdan dilimiz-dodaçımız quruyub Üzeyir Hacıbəıyov küçəsi 19 saylı binanın ikinci mərtəbəsində 5-6 kv.metrlik balkonda bərkitmə işləri Eldar Əzizova görə yeni Misir piramidası tikmək qədər çətin və dəhşətlidir. Vicdanı varsa bu kiçik məsələ haqda fikirləşsin.
Xətaidə açiq alver gedi Eldar müəllim.