Fransada PKK/YPG terror təşkilatını təbliğ edən serial çəkilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Le Bureau des Legends” adlı serialda terrorçuların təbliğatı aparılır.
Məlumata görə, türkiyəli aktrisa Melisa Sözen de ekran əsərində rol alıb. O, terrorçulardan birini canlandırıb. Bu, Türkiyədə ciddi reaksiyalara səbəb olub.
M.Sözen bu addımına görə tənqid edilib.


Şərhlər