Menu

Daha bir ölkədə görüldü- “Meymun çiçəyi” virusu sürətlə yayılmaqda davam edir

21.08.2024, 15:51
Daha bir ölkədə görüldü- “Meymun çiçəyi” virusu sürətlə yayılmaqda davam edir

Son vaxtlar dünya gündəmini zəbt edən və insanlar arasında böyük narahatlığa səbəb olan “meymun çiçəyi” virusuna daha bir ölkədə rast gəlinib.

“AzPolitika” xəbər verir ki, Afrika ölkələrindən yayılmağa başlayan virusa son yoluxma Taylandda qeydə alınıb.

Qeyd edək ki, “meymun çiçəyi” virusu Afrika ölkələri ilə yanaşı, İsveçdə, BƏƏ-də, Pakistanda və Filippində aşkarlanıb.

Bu virusun siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən keçdiyi deyilir. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın başlıaca yayılma səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur. Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-08-21 23:21:21

Qəribədir ki,bu virusa qarşı vaksin yalnız ABŞ-dadır.Sanki viruslar bəşəriyyətə yoluxmazdan əvvəl məşvərət keçirirlər ki,indi hansımız ortaya çıxaq,baxıb görürlər ki,meymunçiçəyinə qarşı ABŞ-da vaksin var,odur ki deyirlər qoy meymunçiçəyi virusu estafeti qəbul etsin koronadan sonra.O birilər sonra çıxacaq:eşşəkçiçəyi,donuzçiçəyi,qaşqaldaqgülü,qarabaşşaq qovurması filan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol