Menu

“Putin “gizli səfərbərlik” keçirəcək” – “Bunun üçün Kursk əməliyyatından istifadə edilə bilər”

21.08.2024, 20:30
“Putin “gizli səfərbərlik” keçirəcək” – “Bunun üçün Kursk əməliyyatından istifadə edilə bilər”

Rusiya gizli səfərbərlik planlaşdırır. Cəbhədəki böyük itkiləri nəzərə alsaq, bu, sadəcə olaraq qaçılmazdır.

“AzPolitika” xəbər verir ki, bu, “BILD” nəşrinin redaktoru Janna Plaumann və nəşrin hərbi analitiki Julian Röpkenin fikridir.

Nəşrdə bu mövzuyla bağlı gedən yazıda deyilir ki, Vladimir Putinin Ukraynada döyüşən qoşunların sayını artırmaq istəyi göz qabağındadır: “Kişiləri yüksək ödənişlərlə orduya cəlb edirlər, çağırışçılar isə müqavilə imzalamaq üçün təzyiqə məruz qalırlar“.

Xatırladılır ki, Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyukun dediyinə görə, Rusiya Ukraynadakı qoşunlarının sayını ilin əvvəlindəki 400 mindən hazırda 600 min nəfərə çatdırıb və ilin sonuna qədər bu sayı 800 min əsgərə qədər artırmağı planlaşdırır: “Beynəlxalq hesablamalara görə, 2022-ci ilin fevralından bəri 110 ilə 140 min arasında Rusiya hərbçisi həlak olub. Bununla yanaşı, Rusiya regionlarının müqaviləli əsgərləri cəlb etmək üçün ayırdığı vəsait tükənmək üzrədir. Geniş miqyaslı səfərbərlik yetişir. Yüksək ehtimal var ki, Putin daha çox rusiyalını xidmətə çağırmaq üçün Ukrayna Silahlı Qüvvələrinin Kurska hücumundan istifadə edə bilər. Ancaq bunu yəqin ki, rəsmi elan olmadan, gizli edəcəklər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol