"İrəvanın Rusiya xarici işlər naziri Sergey Lavrovun üçtərəfli sazişlərin yerinə yetirilməsi ilə bağlı bəyanatına reaksiyası onu deməyə əsas verir ki, Ermənistan özünün səhv strateji hesablamalarına görə Rusiyanı günahlandırmağa çalışır”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Xatırladaq ki, Bakıda olarkən nazir Lavrov Ermənistan hakimiyyətini Zəngəzur dəhlizi ilə bağlı razılaşmaları “sabotaj etməkdə” ittiham edib.
Cavabında Ermənistan XİN bəyan edib ki, bu cür bəyanatlar “Rusiya Federasiyasının İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesində konstruktiv iştirakını şübhə altına alır”.
“Bu, rəsmi İrəvanın öz səhvlərini başqalarının, xüsusən də bu məsələdə Rusiyanın üzərinə atmasının növbəti nümunəsidir”, - rusiyalı diplomat bildirib.
“AzPolitika.info”


Şərhlər