Berlin yaxınlığında “Tesla” böyük miqyaslı fabrikinin tikintisi üçün 329 hektar meşə kəsilib ki, bu da təxminən yarım milyard ağaca bərabərdir.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Kayrros şirkətinin məlumatlarına istinadən yazıb.
Qeyd olunur ki, ağaclar 2020-2023-cü illər ərzində “Tesla” elektrik avtomobilləri, onların akkumulyatorları üçün lazım olan materiaların istehsal üçün məhv edilib. Fabrik 2022-ci ildə açılıb və iki il sonra Alman səlahiyyətliləri istehsalı iki dəfə artıraraq ildə bir milyon avtomobilə qədər genişləndirilməsini təsdiqləyib.
Amerika şirkətinin Almaniyanın ətraf mühitinə zərər verdiyini düşünən iqlim fəalları zavodun genişləndirilməsinə etiraz edirlər. Martda onlar elektrik dirəyini yandırıb və bir neçə gün zavodu bağlayıblar, may ayında isə fabrikə basqın etməyə cəhd ediblər. Həmin aksiyada 800-dən çox insan iştirak edib.
“Tesla” “Guardian”-ın şərh xahişinə cavab verməyib. Kayrros şirkəti isə problemə perspektivdə baxmağı, yəni canlı ağacların və elektrik nəqliyyat vasitələrinin istehsalının təbiətə faydalarını istixana qazı emissiyaları baxımından müqayisə etməyi təklif edib. Şirkət qeyd edir ki, bu müqayisə ilə elektrik nəqliyyat vasitələrinin istehsalından əldə edilən faydalar daha çoxdur.
“AzPolitika.info”


Şərhlər