Menu

Ukrayna Kurskda daha bir kəndi ələ keçirdi - Və mühasirə həlqəsini qapatdı

22.08.2024, 18:30
Ukrayna Kurskda daha bir kəndi ələ keçirdi - Və mühasirə həlqəsini qapatdı

Ukrayna qüvvələri Kursk vilayətinin Krasnooktyabrsk kəndinə nəzarəti ələ keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsi məlumat yayıb.

Beləliklə də Kursk vilayətinin Qluşkovsk rayonundakı Rusiya qruplaşmasının Kurskun qalan hissəsilə quru əlaqəsi tamamilə kəsilib. İndi həmin qoşun Seym çayı ilə Ukrayna sərhədi arasında mühasirədə qalıb. Qeyd olunur ki, Rusiya bölmələri artıq oradan ya ponton körpüləri ilə, ya da çayı üzərək keçə bilərlər. Ponton körpüləri isə quraşdırmaq Ukraynanın daimi hücumları səbəbindən çox vaxt praktiki olaraq mümkünsüz olur.

Bundan əvvəl “The Wall Street Journal” nəşri yazmışdı ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çayla sərhəd arasında sıxışdırılmış təqribən 3000 rus əsgərini mühasirəyə almaq üçün hərəkətə keçib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol