Menu

Baydenlə Sinin son görüşü... - Sallivan hazırlıq üçün Çinə gedib

23.08.2024, 17:11
Baydenlə Sinin son görüşü... - Sallivan hazırlıq üçün Çinə gedib

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan gələn həftə Çinə səfər edərək bu ölkənin xarici işlər naziri ilə görüşəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadla “Axios” məlumat yayıb.

Xəbərdə deyilir ki, Sallivan və Van İ bu ilin sonuna qədər prezident Co Bayden və Si Cinpinin potensial yekun görüşünü təşkil etməlidirlər.

Prezidentlik yarışını tərk etdikdən sonra Bayden daha çox beynəlxalq səfərlər də daxil olmaqla, xarici siyasətə daha çox vaxt ayırmağı planlaşdırdığını söyləyib. Hər iki ölkə lideri noyabrda Braziliyada keçiriləcək G-20 liderlərinin sammitində iştirak edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol