Menu

““Vaqner” Priqojinin ölümündən sonra 10 dəfə kiçilib” - Britaniya kəşfiyyatı

23.08.2024, 18:01
““Vaqner” Priqojinin ölümündən sonra 10 dəfə kiçilib” - Britaniya kəşfiyyatı

Rusiyanın “Vaqner” özəl hərbi qruplaşmasının üzvlərinin sayı son bir ildə on dəfə azalıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidməti məlumat yayıb.

Məlumatda “Vaqner”in keçmiş rəhbəri Yevgeni Priqojinin ölümünün ildönümü xatırladılıb və bundan sonra veteranların kütləvi şəkildə qrupdan ayrıldığı vurğulanıb.

“2023-cü ildə 50 minə çatan qrupdan geriyə cəmi 5 min hərbçi qalıb. Bu hərbçilər isə Belarus və Afrikada saxlanılır”,-deyə məlumatda bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol