Menu

"Fransa baş naziri xələfinin prezident koalisiyasından kənar bir şəxsin təyin edilməsini istəyir" - KİV

23.08.2024, 21:12
"Fransa baş naziri xələfinin prezident koalisiyasından kənar bir şəxsin təyin edilməsini istəyir" - KİV

Fransanın Baş naziri Qabriel Attal ölkə Prezidenti Emmanuel Makronla danışıqlarda yeni baş nazirin mərkəzçi prezident koalisiyasından kənar şəxslər arasından təyin edilməsini istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Mən mərkəzçi blokun partiyalarına daxil olmayan yeni baş nazirin təyin edilməsini istədim”, - Attal prezident blokunun nümayəndələri ilə Makron arasında yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar çərçivəsində keçirilmiş görüşdən sonra partiya yoldaşlarına yazdığı məktubda bildirib.

O vurğulayıb ki, belə addım geniş siyasi spektrin – solçulardan tutmuş sağçı respublikaçılara qədər maraqlarını təmsil edəcək kabinetin formalaşmasına imkan verəcək.

“Bu, Fransa xalqının maraqları naminə irəliləməyə imkan verə bilər”, - o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol