Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mohammed Hamad Al Hajrinin etimadnaməsinin surətini qəbul edib.
“AzPolitika” xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini səfirə fəaliyyətində uğurlar arzulayıb, ikitərəfli əlaqələrin daha da inkişafı və çiçəklənməsinə ümidvar olduğunu deyib.
Görüş zamanı ikitərəfli əməkdaşlıq, eləcə də ümumi maraq doğuran məsələlər müzakirə edilib.
SƏMLA
AzPolitika.info


Şərhlər