Menu

Xırdalanda qadın özünü binadan atmaq istədi - VİDEO

24.08.2024, 12:19
Xırdalanda qadın özünü binadan atmaq istədi - VİDEO

Dünən gecə saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı mənzilin eyvanına çıxaraq intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bunu görən vətəndaşlar “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 41 yaşlı M.Seyidova yaşadığı onikimərtəbəli binanın 4-cü mərtəbəsində eyvana çıxaraq intihara cəhd edib.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əvvəlcədən keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən M.Seyidova qurulmuş xilasetmə yastığı vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Şərhlər

Kasıb 2024-08-24 13:37:00

Ya borcu var,ya da ki çörək pulu tapmır. Nə gündəyik biz millət? YATIRIQ şirin yuxuda

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol