Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej vilayətində yerləşən silah-sursat anbarına hücum edib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarında video yayılıb.
Məlumata görə, hücum zamanı pilotsuz uçuş aparatlarından istifadə edilib.
Qeyd edək ki, hücumun ardından ərazidə güclü yanğın başlayıb və yaxınlıqdakı yaşayış məntəqələrində yaşayan mülki sakinlər bölgədən təxliyə ediliblər.
"AzPolitika.info"


Şərhlər