İşğalçı İsrail ordusu Qəzzanı bombalaması nəticəsində 37 nəfər şəhid olub.
Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, dünən gecədən bəri işğalçılar aviazərbələrlə azı 37 dinc insanı qətlə yetirib, onlarla insan yaralanıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bu yana Qəzza zolağında qətlə yetirilən fələstinlilərin sayı 40 min 265 nəfərə çatıb.


Şərhlər