Menu

"Bayden 2022-ci ildə Ukrayna və Rusiya arasında olan sülh sazişini əngəllədi" - Kennedi

24.08.2024, 14:44
"Bayden 2022-ci ildə Ukrayna və Rusiya arasında olan sülh sazişini əngəllədi" - Kennedi

“Ukrayna bu müharibədə Qərbin qurbanıdır”.

"AzPolitika" xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizədliyini Donald Trampın leyhinə geri götürən Kennedi Feniks keçirdiyi mətbuat konfransında çıxış edərkən deyib.

Yarışdan çəkildiyini və Trampı dəstəkləyəcəyini açıqlayan Kennedi Bayden administrasiyasını Ukrayna müharibəsindəki siyasətinə görə tənqid edib.

Ukraynada müharibənin 2014-cü ildə başladığını açıqlayan Kennedi həmin dövrdə ABŞ-nin demokratik yolla seçilmiş hökuməti devirərək, hakimiyyətə Qərbə yaxın bir şəxs gətirdiyini və bunun ardınca etnik ruslara qarşı qanlı əməliyyatların aparıldığını bildirib.

ABŞ-nin 2019-cu ildə Minsk razılaşmasından çıxdığını qeyd edən Kennedi, 2022-ci ilin aprelində hazırki Prezident Co Baydenin İngiltərənin keçmiş baş naziri Boris Consonu Volodimir Zelenskinin yanına göndərdiyini və nəticədə Rusiya ilə Ukrayna arasında imzalanan sülh müqaviləsinin pozulduğunu iddia edib.

"Bayden 2022-ci ildə Ukrayna və Rusiya arasında olan sülh sazişini əngəllədi. Sülh müqaviləsi əslində regiona sülh gətirə bilərdi. Bayden əslində burada öz məqsədini ifadə etdi. Onun məqsədi Rusiyada rejim dəyişikliyi idi",-deyə o, bildirib.

Kennedi həmçinin Ukrayna müharibəsinin ABŞ-nin milli maraqları ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol