Menu

UTX İran generalına qarşı cinayət işi açıb

24.08.2024, 19:23
UTX İran generalına qarşı cinayət işi açıb

Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya hərbiçilərinin PUA-larla Ukrayna ərazilərinə zərbələr endirməsi üçün təlimat verən və 20 belə hücumu şəxsən əlaqələndirən İran generalına qarşı cinayət işi açıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Şərifi Molasarei Abbas Musa barəsində dəlillər toplanıb.

İran generalı şəxsən bir qrup PUA təlimatçısı ilə birlikdə Krıma gəlib və bir neçə dəfə Ukraynaya hücum üçün istifadə olunan müxtəlif növ döyüş PUA-larını Rusiyaya gətirib. Bu barədə UTX-nin məlumatında deyilir. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol