BMT-nin Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi “Hizbullah” və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə məlumat qüvvələrin saytında dərc olunub.
“BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”, - bəyanatda deyilir.
Təşkilat vurğulayıb ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.


Şərhlər
A bala,BMT-ni heç it yerinə qoyan var ki?Məşdibadın nişan məclisində dava düşəndə bir-iki saniyəlik Rüstəm bəyin sifəti görünür haa,bəlli ki dil tökür ki davanı saxlasınlar,amma o andaca qəfil bir yumruq gəlir ağzının üstündən.Bax BMT hazırda Rüstəm bəyin o vəziyyətindədi.