Menu

“Bu görüntülər Putin üçün problem yaradacaq”- ABŞ nəşri

26.08.2024, 12:22
“Bu görüntülər Putin üçün problem yaradacaq”- ABŞ nəşri

ABŞ-nin “Washington Post” nəşri Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələrlə bağlı məqalə dərc edib.

“AzPolitika” xəbər verir ki, Ukraynanın Kursk əməliyyatı zamanı əsir düşən rus əsgərlərinin görüntülərini dərc edən nəşr, bu görüntülərin Putin üçün problem yarada biləcəyini vurğulayıb.

Avqustun 6-da başlayan hücumdan sonra çəkilmiş 130-dan çox foto və videoya baxış keçirən nəşr bunların əksəriyyətinin Ukrayna əsgərləri tərəfindən lentə alınan və sosial şəbəkələrdə paylaşılan görüntülər olduğunu vurğulayıb.

Nəşrin təsdiq etdiyi görüntülərə görə, əməliyyat zamanı 240-dan çox rus əsgəri Ukrayna qüvvələri tərəfindən əsir götürülüb. Əksər videolarda gənc rus əsgərlərinin heç bir müqavimət göstərmədən təslim olduqları diqqətə çatdırılıb.


Qeyd olunub ki, Putin Kurskun işğalından əvvəl Rusiyanın 6465 Ukrayna əsgərini, Ukraynanın isə 1348 Rus əsgərinin əsir götürüldüyünü elan edib.

“Bu o deməkdir ki, Kursk hücumu zamanı alınan əsirlərin sayı Ukraynada saxlanılan bütün rus hərbçilərinin əhəmiyyətli bir hissəsini təşkil edə bilər”,- deyə məqalədə qeyd olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gün Kursk vilayətində əsir götürülən 115 Ukrayna əsgərinin əsir götürülən 115 rus əsgəri ilə dəyişdirildiyini bildirib. Dəyişikliyin humanitar vasitəçi kimi çıxış edən Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təmin edildiyi qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol