Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.
“AzPolitika” xəbər verir ki, bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib.

Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub.
2000-ci ildə Kiyev Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.
Sahib Məmmədov BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun "Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi" (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində "Regional iqtisadi inkişafın dəstəklənməsi" üzrə kursları (İrlandiya), Harvard Biznes Məktəbininin "Menecerlər üçün iqtisadiyyat" Sertifikat Proqramını bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb.
2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib.
2003–2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində "Europe House", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.
O, 2004–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə "Tərəqqi" medalları ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.
S.Məmmədovun bu vəzifəyə seçiləcəyini “AzPolitika” təxminən 1 ay əvvəl xəbər vermişdi.
“AzPolitika.info”

Şərhlər
möhbalıyev bu dünyada heç kimə hesabat verməyəcək, bu gün kimi aydındır. ALLAHın hesabatı qarşıdadır.
İSTEFA ettdi, SEÇİLDİ, Möhtəşəm ifadələr. Yaşasın Azərbaycan Həmkarlar federasiyasında birləşən milyonlar. Bir olaq birlik olaq. Mehbaliyevdən miras qalan bu federasiyanın içində olaq.
Deyirəm ALLAHın altında bu Möhbalıyev deyilən heç deputat da seçlə bilməyə qala ortada. Əli aşından da ola Bəli aşından da. Çünki
iAzərbaycanda bir nəfər də olsun deyə bilməz ki, həmkarlar onun yaralı barmağına su töküb. Belə bir fakt olmuş olsaydı "ana məbuat"ın bağırtısı aləmi bürümüşdü.
O ki qaldı təzə seçilənə illərin praktası gün kimi aydın göstərir ki, o, Möhbalıyevdən də betər olacaq. Onu da deyim ki, sözügedən məsələ sosial şəbəkəyə sızan kimi. Əhməd müəllimin üzərinə yaltaqların kütləvi hücumu başlayıb.Hərə əlinə bir saz götürüb tərif yağdırır ki, ondan bir iş yeri qopartsın. Biri də buralarda gözümüzə dəyir. HA ha ha. Hamı yedi buna qalmadı.
Sahib müəllimin Həmkarlar Konfederasiyasına sədr təyin olunması, Həmkarlar təşkilatının nüfuzunun artmasına gətirib çıxaracaqdır ! Bu münasibətlə təbrik edirəm və uğurlarının davamlı olmasını arzulayıram ! Uğurlar !!!
Fəaliyyəti Hesablama Palatası tərəfindən yoxlanılmalıdır, mənimsənilə vəsaitin həcmini yüz milyonlarla yazırlar
Bu Möhbalıyevin milliyyəti nəir?Onu niyə postdan posta gəzdirirlər?İndi də deputat edəcəklər?Bu biabırçılıqlar nə qədər davam edəcək?