Menu

Yaponiya hava məkanını pozan Çinə görə döyüş təyyarələri qaldırıb

26.08.2024, 14:19
Yaponiya hava məkanını pozan Çinə görə döyüş təyyarələri qaldırıb

Yaponiya səhər saatlarında hava məkanını pozmuş Y-9 Çin kəşfiyyat təyyarəsinə qarşı döyüş təyyarələri qaldırıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Çin hərbi təyyarələrinin Yaponiya hava məkanını ilk dəfə pozduğunu bildirib və hökumətin diplomatik kanallar vasitəsilə Pekinə qarşı kəskin etiraz etdiyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol