Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) mərkəzi ofisində Ukraynanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib.
"AzPolitika" xəbər verir ki, tədbirdə genişmiqyaslı müharibə dövründə həlak olan soydaşlarımızın yaxınları, hərbçilər, krım-tatar icmasının üzvləri və diaspor fəalları iştirak ediblər.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə heyətinin üzvü, Ukrayna -Azərbaycan Müharibə Könüllüləri Qardaşlıq Cəmiyyətinin rəhbəri Vidadi İsrafilovun təşkilatçılığı ilə baş tutan tədbirdə 63 nəfər orden və medallarla təltif olunublar. Təltif olunanlar arasında Rusiya-Ukrayina müharibəsində həlak olan soydaşlarımızın ailə üzvləri, Çeçen mücahidləri (Şeyx Mənsur batalyonu) və könüllülər olub.
Tədbirdə fəxri qonaq qismində - Ukrayna Veteranlar nazirinin müavini Ruslana xanım Veliçko, yunan-roma güləşi üzrə Paris Yay Olimpiya oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibov, Kiyev şəhər Hərbi adminstrasiyasının müşaviri polkovnik Aleksey Bulayevskiy, əfsanəvi batalyon komandiri polkovnik Viktor Toloçko da iştirak ediblər.
"AzPolitika.info"


Şərhlər