Menu

Ərdoğan bu şəxsi məhkəməyə verdi - 250 minlik iddia

26.08.2024, 16:02
Ərdoğan bu şəxsi məhkəməyə verdi - 250 minlik iddia

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhurriyət Xalq Partiyasının (CHP) İzmirdən olan millət vəkili Tuncay Özkanı məhkəməyə verib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın açıqlama yayıb.

“Prezidentimizi hədəf alan əsassız və aşağı səviyyəli açıqlamalarına görə CHP İzmir millət vəkili Tuncay Özkana 250 min TL mənəvi zərər iddiası qaldırılıb. Bundan başqa, prezidenti təhqir etdiyinə görə Ankara Respublika Baş Prokurorluğuna şikayət ərizəsi təqdim olunub”,- deyə vəkil bildirib.

Xatırladaq ki, CHP-li millət vəkili sözügedən çıxışında öz səviyyəsini nümayiş etdirərək, Türkiyə liderinin ünvanına nalayiq ifadələr işlətmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol