Menu

Ankarada Türkiyə-Azərbayan danışıqları – Ekspert Bayramov-Fidan görüşündən gözləntiləri açıqladı

26.08.2024, 16:46
Ankarada Türkiyə-Azərbayan danışıqları – Ekspert Bayramov-Fidan görüşündən gözləntiləri açıqladı

“Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə hazırki səfəri iki dövlət arasında strateji müttəfiqliyin - Şuşa Bəyannaməsinin xarakterindən irəli gəlir”.

“AzPolitika” xəbər verir ki, bunu səfəri şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert hesab edir ki, Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək: “Ceyhun Bayramov İrəvanla danışıqların gedişi və yazışmalar barədə Hakan Fidanı detallı məlumatlandırmalıdır ki, Ankara gələcək addımlarını buna uyğun müəyyənləşdirə bilsin. Hakan Fidan da paralel olaraq Ceyhun Bayramovu İrəvanla apardığı danışıqların təfərrüatları barədə məlumatlandıracaq. Bu haqda da detallı bilgi Bakıya lazımdır ki, Ermənistan hökumətinin niyyətini analiz edə bilsin”.

Şahinoğlu vurğulayıb ki, bütün hallarda Bakı ilə Ankara birgə səylərlə qısa müddətdə İrəvanı tərəfləri razı salacaq sülh və ya çərçivə sazişini imzalamağa məcbur etməlidirlər.

“Birinci məqsəd bölgədə davamlı sülhə nail olmaqla regional əməkdaşlığın yollarını açmaqdırsa, ikinci məqsəd Ermənistanı mövcud alətlər vasitəsilə anti-Azərbaycan və anti-Türkiyə bloklarında iştirakdan uzaqlaşdırmaqdır”, - politoloq qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol