Rusiyanın dünənki kütləvi raket hücumundan sonar Kiyev Su Elektrik Stansiyasına ciddi ziyan dəyməyib.
“AzPolitika” xəbər verir ki, bunu Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Ruslan Kravçenko yerli mətbuata açıqlamasında deyib.
O, stansiyasına ciddi ziyan dəymədiyini təsdiqləyib və əlavə edib ki, bənd üzərində hərəkət saat 17:00-a qədər açılacaq.
Kravçenko əlavə edib ki, hazırda bütün energetiklər enerji təchizatını bərpa etməyə çalışırlar.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində enerji sektorunda xeyli ziyan dəyib, lakin artıq təmir işləri aparılır.
Xatırladaq ki, avqustun 26-da Rusiyanın Ukraynaya hücumu zamanı raketlər və PUA-ların bir qismi Kiyev Su Elektrik Stansiyasına yönəlib. Məqsəd Kaxovka SES-də olduğu kimi, bəndi partlatmaq və şəhəri, dinc əhalini su altında qoymaqdır.
“AzPolitika.info”


Şərhlər