Menu

Rusiya kəşfiyyatının rəhbəri Pavel Durovun məxfi məlumatları Qərbə açıqlamayacağına ümid edir

27.08.2024, 13:09
Rusiya kəşfiyyatının rəhbəri Pavel Durovun məxfi məlumatları Qərbə açıqlamayacağına ümid edir

"Ümid edirəm ki, Pavel Durov məxfi məlumatları Qərbə açıqlamayacaq".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

"Mən çox ümid edirəm ki, o, buna imkan verməyəcək" - deyə Xidmət rəhbəri Durovun həssas məlumat ötürməsi ilə bağlı Rusiyanın narahatlıqlarının olub-olmaması barədə suala cavabında qeyd edib.

Qeyd edək ki, Teleqramın yaradıcısı Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb.

Şərhlər

Turan 2024-08-27 18:13:46

Deməli Durov rus kəşfiyyatı ilə işbirliyi qurub və Qərb bundan xəbər tutub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol