Menu

İPhone 16-nın təqdimatı bu tarixdə baş tutacaq - Təqribi bu qiymətə olacaq

27.08.2024, 16:32
İPhone 16-nın təqdimatı bu tarixdə baş tutacaq - Təqribi bu qiymətə olacaq

ABŞ-nin texnologiya nəhəngi “Apple” səbirsizliklə gözlənilən yeni cihazlarını, o cümlədən iPhone 16 seriyasını sentyabrın 9-da Apple Parkdakı Steve Jobs mərkəzində təqdim edəcək.

“AzPolitika” xəbər verir ki, iPhone 16 seriyasının Pro modellərində daha böyük displeylər və foto çəkimi üçün yeni düymənin olması gözlənilir.

Tədbirdə daha böyük ekrana və cihazı daha güclü edəcək yeni çipə sahib olacağı deyilən Apple Watch 10 Series də təqdim ediləcək. Telefonların bu ilin əvvəlində elan edilən Apple Intelligence adlı süni intellekt xüsusiyyətlərini dəstəkləyəcəyi gözlənilir.

Deyilənlərə görə, smartfon bahalaşmayacaq – başlanğıc model iPhone 16 Pro 999 dollara satışa çıxarılacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol