Menu

“Ukrayna öz ballistik raketini yaradıb” - Zelenski

27.08.2024, 17:03
“Ukrayna öz ballistik raketini yaradıb” - Zelenski

Ukrayna öz hərbi-sənaye kompleksini inkişaf etdirməyə davam edir və artıq ilk ballistik raketini yaradıb.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bugünkü mətbuat konfransı zamanı deyib.

O, əlavə edib ki, yeni raket haqqında daha çox məlumat verə bilməz. Lakin ictimaiyyətin "müdafiə müəssisələrində 24/7 işləyən insanlarımızı" qiymətləndirə bilməsi üçün bu məlumatı səsləndirmək qərarına gəldiyini söyləyib.

Bu, o deməkdir ki, Ukrayna yaxın zamanda Rusiyanın dərinliklərinə öz raketləri ilə zərbələr endirə bilər.

Bundan əvvəl Zelenski demişdi ki, avqustun 24-də Ukrayna hərbçiləri Rusiya ordusuna ilk dəfə yeni silahı olan “Palyanitsa” PUA-sı ilə zərbə endiriblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol