Menu

Rusiyanın daha bir neft bazası vuruldu – VİDEO

28.08.2024, 11:21
Rusiyanın daha bir neft bazası vuruldu – VİDEO

Rusiyanın Rostov vilayətində daha bir neft anbarı PUA hücumuna məruz qalıb. Nəticədə bazada yanğın başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “teleqram” kanallarında video yayımlanıb.

Regionun rəhbəri Vasili Qolubevin sözlərinə görə, avqustun 28-nə keçən gecə vilayətin səmasında dörd PUA vurulub. Hücum nəticəsində yanacaq anbarında yanğın baş verib. Söhbətin Kamensk-Şaxtinski yaxınlığındakı neft anbarından getdiyi bildirilir. Qeyd olunur ki, hazırda azı üç böyük neft çəni yanmaqdadır.

“AzPolitika.info” 


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol